Şirkət haqqında

Ana səhifə Şirkət haqqında
1999-cı ildən etibarən Resant Real Estate göydələnlər şəhəri olan müasir Bakının müxtəlif yerlərində layihələrə imza ataraq tikinti sahəsində öz sözünü demiş və çox qısa bir vaxt ərzində əhalinin rəğbətini qazanmağa nail olmuşdur. Yarandığı gündən etibarən şirkətimizin əsas öncəliyi bizi seçən hər kəsi sağlam bünövrəyə malik  binada sərfəli şərtlərlə mənzil sahibi etməkdir. 

Yeraltı avtodayanacağı olan hər bir yaşayış kompleksimizdə sakinlərin təhlükəsizliyi nəzərə alınaraq  təhlükəsizlik kameraları quraşdırılmışdır ki, binanın mühafizə xidməti 7/24 bu kameraları daima nəzarət altında saxlayaraq asayişi qoruyur.