Şəhərin mərkəzində, Təbriz küçəsində, 177 nömrəli məktəblə üzbəüz, Əliəşrəf Əlizadə və Fətəli Şıxəliyev küçələrinin kəsişməsində yerləşən bu layihəmiz uğurlu geridönüşlər alan özəl layihələrimizdən biridir. 28 May, N.Nərimanov və Gənclik istiqamətlərinə çox yaxın və əlverişli lokasiyada yerləşir. Tikintisi davam edir və bu ilin sonuna təhvil verilməsi planlaşdırılır. Bu layihəmizin tikintisində də digərlərində olduğu kimi yüksək keyfiyyətli, ən yaxşı standartlara cavab verən materillardan istifadə olunur. Məhz buna görə də binanın təməli çox möhkəmdir. 30% ilkin ödəniş və 24 aylıq faizsiz kredit şərtlərilə bu uğurlu layihədən mənzil sahibi olan istənilən müştəri istər əmlaka qoyulan dəyər, istərsə də seçiminə görə bir addım öndə olacaq.